İspaniyada bina çökdü: ölən və yaralananlar var
Dünya
26.10.2024 13:55
İspaniyanın şimalında yerləşən Kantabriya muxtariyyətinin Santander şəhərində binanın çökməsi nəticəsində bir nəfər ölüb, 10 nəfər isə yaralanıb.
TodayPress “Europa Press” agentliyinə istinadla xəbər verir ki, qəzanın səbəbi hələlik məlum deyil.
Yerli sakinlər hadisədən öncə partlayış səsi eşitdiklərini bildiriblər. Yerli “Diario Cantabria” onlayn nəşri binanın qaz balonunun partlaması nəticəsində çökdüyünü yazıb.
Yerli hakimiyyət orqanları hadisə ilə bağlı təhqiqata başlayıb. Faciənin səbəbləri araşdırılır.
tag: İspaniya, Kantabriya, Sakinlər, Qaz Balonu, Partlama, todaypress.az,