İspaniya və NATO donanmaları Kadis körfəzində genişmiqyaslı təlimlər keçirir
İspaniya Hərbi Dəniz Qüvvələri NATO ilə
birlikdə Kadis körfəzində "Dinamic Mariner/Flotex-25" hərbi dəniz
təliminə başlayıb.
TodayPress-in xarici KİV-ə istinadən verdiyi məlumata
görə, təlimlər martın 24-dən aprelin 4-dək davam edəcək və bu ilin ən
irimiqyaslı təlimləri olacaq.
Təlimlərdə 4 000-ə yaxın hərbçi, 30 gəmi, iki sualtı
qayıq, təyyarə və desant bölmələri iştirak edir.
Tədbirdə NATO-nun doqquz ölkəsindən - İspaniya, ABŞ,
Almaniya, Xorvatiya, Fransa, İtaliya, Yunanıstan, Portuqaliya və Türkiyədən
hərbçilər iştirak edirlər.
İspaniya Hərbi Dəniz Qüvvələri qeyd edib ki, təlimlər
dəniz qüvvələrinin imkanlarının həyata keçirilməsi, qiymətləndirilməsi və
təhlili, eləcə də müxtəlif bölmələrin qarşılıqlı fəaliyyətinin
təkmilləşdirilməsi məqsədi daşıyır.
tag: NATO, İspaniya, ABŞ, Almaniya,Kadis, todaypress.az,