İspaniya Ukraynaya 10 “Leopard” tankı göndərdi

Dünya

15.07.2024 15:59

2648

İspaniya Ukraynaya 10 “Leopard” tankından ibarət yeni partiya göndərib.

TodayPress xəbər verir ki, bu barədə Krallığın Müdafiə Nazirliyinin məlumatında qeyd edilib.

“Kompleks təmir prosesi başa çatdıqdan sonra 10 “Leopard” 2A4 tankının Ukraynaya multimodal daşınmasına başlanılıb” məlumatda bildirilib.

Yükün gələn həftəsonuna qədər Polşa limanına çatacağı, daha sonra isə Ukrayna Silahlı Qüvvələrinə təhvil veriləcəyi gözlənilir.

tag: Ukrayna, Hərbi Yardım, Polşa, Tank, Leopard, todaypress.az,