İspaniya Ukraynada öz ordusunu yerləşdirməyi planlaşdırmadığını açıqladı

Dünya

21.12.2024 09:45

758

İspaniya hakimiyyəti Ukrayna ərazisinə öz hərbi qüvvələrini göndərməyi planlaşdırmır. 

TodayPress xəbər verir ki, bunu krallığın hökumət başçısı Pedro Sançes bildirib.

Onun sözlərinə görə, Madrid bir neçə ay əvvəl Ukrayna ilə ikitərəfli təhlükəsizlik sazişi imzalayıb. 

"Biz ispan qoşunlarının Ukrayna ərazisinə yerləşdirilməsini nəzərdən keçirmirik" deyə baş nazir vurğulayıb.

Fevral ayında İspaniya hökuməti Fransa prezidenti Emmanuel Makronun Avropa quru qoşunlarını Ukraynaya göndərmək ideyası ilə razılaşmayıb.

İspaniyanın 2024-cü ildə Ukraynaya bir milyard avro dəyərində hərbi yardım etdiyi də məlum olub.

Töhfə Səməd

tag: Ukrayna ,MAdrid, İspan, Ərazi, todaypress.az,