İspaniya Üçüncü Dünya müharibəsinin başladığını elan etdi
Dünya
20.01.2025 15:00
Üçüncü Dünya müharibəsi artıq başlayıb.
TodayPress xəbər verir ki, bu barədə "Rebelion" yazıb.
Bildirilib ki, müharibənin başlanğıc təməli ABŞ prezidenti Cozef Baydenin Ukraynaya Amerikanın uzaqmənzilli raketlərini Rusiyanın dərinliklərinə atmağa icazə verdikdə atılıb.
Nəşr qeyd edir ki, nüvə gücləri arasında qarşıdurma soyuq müharibə dövründə baş verəcək münaqişənin miqyasından xəbər verir. Eyni zamanda, nüvə silahının tətbiqi ilə münaqişənin Üçüncü Dünya müharibəsinə çevrilməsi ehtimalı da istisna oluna bilməz.
Xatırladaq ki, Bayden administrasiyası Ukraynaya noyabrın ortalarında Rusiya ərazisinə dərin zərbələr endirmək üçün ABŞ-nin uzaqmənzilli raketlərindən, o cümlədən "ATACMS"dən istifadə etməyə icazə verib. "Storm Shadow" və "SCALP"dən istifadə icazəsi də Böyük Britaniya və Fransa tərəfindən verilib. Buna cavab olaraq rəsmi Moskva Rusiyanın ən yeni orta mənzilli sistemlərindən biri olan “Oreshnik”dən istifadəyə başlayıb.
Töhfə Səməd
tag: 3cü dünya müharibəsi,Cozef Bayden,ATACMS,Ukrayna,Rusiya,Müharibə,todaypress.az,