İspaniya Papanın vəfatı ilə bağlı matəm elan etdi
İspaniya Nazirlər Şurası Roma Papası Fransiskin vəfatı ilə əlaqədar ölkədə üçgünlük rəsmi matəm elan edib.
TodayPress xəbər verir ki, bu barədə hökumət başçısının administrasiyasının rəhbəri və ədliyyə naziri Feliks Bolanyoş jurnalistlərə açıqlama verib.
“İspaniya hökuməti Papa Fransiskin vəfatı ilə əlaqədar üçgünlük rəsmi matəm elan edəcək. Onun pontifikat dövrü Katolik Kilsəsində islahat və yenilənməyə təkan verdi və bu, tarixdə iz qoyacaq” deyə Bolanyoş bildirib.
İspaniyanın Baş naziri Pedro Sançes də daxil olmaqla ölkənin bütün aparıcı siyasi fiqurları pontifikin vəfatı ilə bağlı dərin hüznlə başsağlığı veriblər.
Qiymət Mahir
tag: İspaniya,Papa,Fransisk,Roma,Katolik,Ölüm,Todaypress.az,