İspaniya, İtaliya və Yunanıstan da Kiyevdə səfirliklərini bağladı
Dünya
20.11.2024 17:30
Rusiyanın Kiyevə gözlənilən kütləvi hava hücumu fonunda ABŞ, İspaniya, İtaliya və Yunanıstan səfirliklərini bağlayıb.
TodayPress xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Bildirilib ki, Kiyevə gözlənilən hava hücumu fonunda qeyd olunan ölkələrin diplomatik nümayəndəlikləri ziyarətçilərə xidmət göstərmədiklərini açıqlayıb.
Qeyd edək ki, Kiyev və Ukraynanın daha beş regionunda hava hücumu xəbərdarlığı elan edilib.
tag: Rusiya,Kiyev,ABŞ,İspaniya,İtaliya,Yunanıstan,Ukrayna,todaypress.az,