İspaniya 10 ildə ilk dəfə ordu personalının sayını artıracaq

Dünya

17.12.2024 18:10

İspaniya hökuməti 10 ildən artıq müddətdə ilk dəfə olaraq ordu personalının sayını artıracaq.

TodayPress xəbər verir ki, bu barədə “El Pais” qəzeti məlumat yayıb.  

Nəşrin məlumatına görə, hökumət generalların, zabitlərin və kiçik zabitlərin sayı haqqında kral fərmanının, eləcə də əsgər və matroslarla bağlı nazir əmrinin hazırlanması prosesini başa çatdırır. 

Yeni sənədlər 2025-ci ildən 2029-cu ilə qədər olan dövrdə hərbi qulluqçuların sayını 7,5 min nəfər artırmağa imkan verəcək. Belə ki, növbəti 10 il ərzində hərbçilərin sayı 20 min nəfər artırılaraq 140 min nəfərə çatdırılacaq. Qeyd olunub ki, bu rəqəm 2007-ci il Hərbi Karyera Qanunu ilə müəyyən edilmiş hədddir.

Günəş Mərd

tag: İspaniya, Personal, Ordu, Müddət, Matros, todaypress.az,