İspan turist fillər tərəfindən öldürüldü
Dünya
09.07.2024 23:19
Cənubi Afrikanın Şimal-Qərb əyalətindəki
milli parkda ispaniyalı turist foto çəkdirmək üçün avtomobili tərk etdikdən
sonra fillər tərəfindən tapdalanaraq öldürülüb.
TodayPress xəbər verir ki, ölən
43 yaşlı kişi nişanlısı və 2 digər qadınla birlikdə Pilanesberq qoruğuna
avtomobillə səyahət edib. O, fillərin və danaların şəkillərini çəkmək üçün
avtomobildən düşüb və onlara yaxınlaşıb. Lakin bədbəxtlikdən turist həmin an
dünyanın ən ağır çəkili heyvanlarının hücumuna məruz qalıb. O, fillərin onu
tapdalaması nəticəsində həlak olub.
Milli parkın qaydalarına əsasən, insanların parkda nəqliyyat vasitələrindən düşməsinə icazə verilmir və avtomobillərində olarkən şəkil çəkdirmələri tövsiyə olunur.
Nəzrin Cavadzadə
tag: İspan, Fil, Pilanesberq, Cənubi Afrika, todaypress.az,