İslandiyada vulkan püskürdü: Sakinlər şəhərdən təxliyə edildi

Dünya

21.11.2024 13:45

Reykjanes yarımadasında başlayan vulkan püskürməsi nəticəsində İslandiyanın məşhur kurortu “Blue Lagoon” tamamilə boşaldılıb. 

TodayPress xəbər verir ki, bu barədə İslandiyanın “Visir” qəzeti məlumat yayıb.

Püskürən çatın uzunluğu təxminən üç kilometr qiymətləndirilir. Lava axını həm şərqə, həm də qərbə yayılıb.

Polis və mülki müdafiə qüvvələri dərhal şəhərin boşaldılması üçün işə başlayıb.

Ərazidə fövqəladə vəziyyət elan edib.

Qeyd edək ki, İslandiya ərazisində 33 aktiv vulkan sistemi mövcuddur. 

Günəş Mərd

tag: İslandiya, Vulkan, Təxliyə, Polis, todaypress.az,