İŞİD liderlərindən biri öldürüldü
Dünya
08.10.2024 22:54
İraqın təhlükəsizlik qüvvələri ölkənin
şimalında yerləşən Salah əd-Din əyalətində fəaliyyət göstərən “İslam Dövləti”
(İŞİD) terror qruplaşmasının liderlərindən birini öldürüb.
TodayPress xəbər verir ki, bu barədə İraqın İNA
agentliyi Vahid Əməliyyat Komandanlığının bəyanatına istinadən məlumat yayıb.
"İraq Hərbi Hava Qüvvələrinin hücumundan sonra Salah
əd-Din əyalətindəki rayonlardan birində İŞİD üzvü olan 4 terrorçunun meyiti
aşkarlanıb” məlumatda bildirilib.
Meyitlərin identifikasiyası zamanı öldürülənlərdən
birinin İŞİD tərəfdarlarının “Salah əd-Din əyalətinin qubernatoru” adlandırdığı
Əbu Ömər əl-Qureyşi olduğu məlum olub.
tag: İŞİD, Terror, Əbu Ömər, İraq, todaypress.az,