İŞİD-in 4 lideri məhv edildi

Dünya

14.09.2024 14:10

Avqustda ABŞ və İraqın birgə hücumu nəticəsində İŞİD terror qruplaşmasının dörd lideri məhv edilib. 

TodayPress xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.

Bəyanatıda deyilir: 

“Bu əməliyyat İŞİD liderlərini hədəfə alıb və İŞİD-in İraqın mülki əhalisinə qarşı hücumlarını həyata keçirmək qabiliyyətini pozmağa və zəiflətməyə kömək edib”. 

Qeyd edək ki, zərərsizləşdirilənlər arasında İŞİD-in xüsusi əməliyyat rəisi də olub. 

Töhfə Səməd

tag: İŞİD,Terror,İraq,ABŞ,Lider,todaypress.az,