İŞİD-ə qarşı genişmiqyaslı əməliyyat: 210 nəfər saxlanıldı
Türkiyədə İŞİD terror təşkilatına qarşı 49 vilayətdə əməliyyatlar keçirilib.
TodayPress xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər naziri Əli Yerlikaya bildirib.
Əməliyyatlar Baş Prokurorluqlar, Milli İstihbarat Təşkilatı (MİT), Təhlükəsizlik Baş İdarəsi və Terrorla Mübarizə Rəyasət Heyətinin koordinasiyası ilə həyata keçirilib.
Proses Ankara, İstanbul və İzmir də daxil olmaqla bir çox bölgəni əhatə edib.
Nazir 210 şübhəlinin saxlanıldığını bildirib.
Onların İŞİD terror təşkilatı çərçivəsində fəaliyyət göstərdikləri və təşkilata maliyyə dəstəyi verdikləri müəyyən edilib.
Türkan İsgəndərli
tag: İŞİD,Türkiyə,Əməliyyat,Terror,todaypress.az,