İŞİD-ə qarşı əməliyyat: 3 nəfər saxlanıldı

Dünya

06.11.2024 12:30

2716

Türkiyənin İzmir şəhərinin 4 vilayətində antiterror əməliyyatı keçirilib. Nəticədə İŞİD terror təşkilatını maliyyələşdirməkdə şübhəli bilinən üç nəfər saxlanılıb. 

TodayPress xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. 

Türkiyə polisi tərəfindən aparılan istintaq çərçivəsində onların bank hesabları vasitəsilə İŞİD-ə pul köçürdükləri müəyyən edilib.  

Araşdırma davam etdirilir. 

Günəş Mərd

tag: İŞİD, Türkiyə,İzmir, Terror, todaypress.az,