İşçilərə iş saatlarını seçmək icazəsi verildi
Dünya
11.07.2024 18:00
Böyük Britaniyada aparılan yeni sınaqda işçilərə iş saatlarını seçmək icazəsi verilib.
TodayPress xəbər verir ki, bu barədə “TRT” məlumat yayıb.
Daha əvvəl də Britaniyada bəzi şirkətlər dördgünlük iş həftəsi sınağına qoşulmuşdular.
İki şirkət artıq sınaq üçün qeydiyyatdan keçib. Təcrübəyə təxminən 3 min işçinin və 50 şirkətin qoşulması qarşıya hədəf olaraq qoyulub. Sınaq işçilərin iş-həyat balansını yaxşılaşdırmaq üçün nəzərdə tutulub.
Bundan əvvəl dördgünlük iş həftəsi ilə bağlı aparılan sınaq yaxşı nəticələr verib. Yüzlərlə Britaniya şirkəti, bir yerli şura öz gəlirlərində heç bir itki olmadan dördgünlük iş həftəsi sınağını müvəffəqiyyətlə başa vurub.
tag: Britaniya, İşçilər, Sınaq, Şirkət, İcazə, todaypress.az,