İsaril BMT-yə çağırış etdi

Dünya

13.10.2024 17:28

İsrailin Baş naziri Benyamin Netanyahu BMT-yə müraciət edərək sülhməramlıların Livandakı müharibə zonasından dərhal çıxarılmasını tələb edib.

TodayPress xəbər verir ki, siyasətçinin BMT-nin baş katibi Antonio Quterreşə videomüraciəti hökumət başçısının ofisi tərəfindən yayılıb.

"Cənab baş katib, UNIFIL qüvvələrini Livandan çıxarın. Bu, dərhal, dərhal edilməlidir" deyə məlumatda bildirilib.

Nazir izah edib ki, öz mövqelərində qalan sülhməramlılar İsrailin mübarizə apardığı "Hizbullah" üçün "girov" və canlı qalxan olurlar.

Netanyahunun sözlərinə görə, kontingenti geri çəkməkdən imtina əsgərlərin həyatını riskə atmaqdır.

tag: İsrail,Benyamin Netanyahu,Antonio Quterreş,BMT,Çağırış,todaypress.az,