İsaak Hersoqun Azərbaycana səfəri təxirə salındı

Dünya

16.11.2024 23:12

İsrail prezidenti İsaak Hersoq təhlükəsizlik baxımından Azərbaycana səfərini təxirə salıb.

TodayPress xəbər verir ki, bununla bağlı İsrail Prezident Aparatı məlumat yayıb.

İsaak Hersoqun Azərbaycanın paytaxtı Bakıda keçirilən COP29 İqlim Konfransına
planlaşdırılan səfərini ləğv etdiyini açıqlayıb.

Sözügedən səfərin ləğv edilməsinin səbəbi vəziyyətin qiymətləndirilməsindən sonra ortaya çıxan “təhlükəsizlik narahatlıqları” olaraq göstərilib.

tag: İsrail, İsaak Hersoq, Bakı, COP29,Təhlükəsizlik, todaypress.az,