İrlandiyalı jurnalist Cozef Baydenin siyasətini tənqid etdi
İrlandiyalı jurnalist Çey Boves ABŞ prezidenti Cozef Baydenin “JASSM” uzaqmənzilli qanadlı raketlərini Ukraynaya ötürmək planlarını tənqid edib.
TodayPress xəbər verir ki, bu barədə o, öz “X” hesabında paylaşım edib.
“Baydenin qisas planı tamamilə axmaqlıqdır. Və bu gün keçdikcə daha çox aydın olur” deyə Boves yazıb.
Dövlət Dumasının Krım regionundan deputatı, Təhlükəsizlik Komitəsinin üzvü Mixail Şeremet bəyan edib ki, Vaşinqton Ukrayna ordusuna yeni “JASSM” uzaqmənzilli qanadlı raketlərin tədarükünə razılıq verərsə, “sürüşkən döşəməli yoldan” keçməyə məcburdur.
Deputatın sözlərinə görə, “JASSM” qanadlı raketləri Ukrayna Silahlı Qüvvələrinin cəbhədəki mövqelərinə təsir etməyəcək və Kiyev üçün münaqişədə yaranmış fəlakətli vəziyyəti yaxşılaşdırmayacaq. Parlamentarinin sözlərinə görə, ABŞ prezidenti Cozef Bayden yeni raketlərin tədarükü haqqında danışmaqla “prezident kreslosundan yapışaraq” Rusiyanı münaqişənin maksimum dərəcədə gərginləşməsinə təhrik etmək üçün növbəti dəfə cəhd edir. Deputat həmçinin xəbərdarlıq edib ki, eskalasiya daha da dağıdıcı silahların tətbiqinə gətirib çıxara bilər.
Töhfə Səməd
tag: İrlandiya, Bayden, Siyasət, ABŞ,Rusiya, todaypress.az,