İrlandiya Ukraynaya yardım paketi göndərəcək

Dünya

04.09.2024 10:05

İrlandiyanın baş naziri Saymon Harris sentyabrın 4-də Kiyevə səfəri zamanı Ukraynaya 36 milyon avro məbləğində yardım paketinin köçürüləcəyini rəsmi olaraq açıqlayacaq. 

TodayPress xəbər verir ki, bu barədə “Standard” məlumat yayıb.

Bu il rəsmi Dublin cinsi və gender əsaslı zorakılığın qarşısının alınması, doğum xidmətlərinə dəstək, münaqişə zonasını tərk etməyə məcbur olmuş və hazırda kollektiv mənzil mərkəzlərində qalan insanların evlərinin bərpası üçün Kiyevə vəsait ayıracaq.

“Maliyyə əsas humanitar yardım, reabilitasiya və yenidənqurma işlərini təmin etmək üçün nəzərdə tutulub. Həmçinin Ukraynanın uzunmüddətli məqsədlərinə, o cümlədən sülh, sabitlik və siyasi istəklərinə nail olunmasına töhfə verəcək” deyə materialda bildirilib.

Töhfə Səməd

tag: İrlandiya, Ukrayna, Maliyyə, Saymon Harris ,todaypress.az,