İrlandiya Ukraynaya hərbi yardım göndərəcək

Dünya

04.09.2024 16:20

İrlandiya hökuməti Ukraynaya 128 milyon avro həcmində hərbi yardım ayıracaq.

TodayPress “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bununla bağlı sənəd İrlandiyanın Baş naziri Saymon Harrislə Ukrayna Prezidenti Vladimir Zelenski arasında imzalanıb.

Həmçinin, İrlandiya hökuməti Kiyevə 40 milyon avroluq humanitar dəstək göstərəcək. İkitərəfli müqavilədə qeyd edilib ki, Ukraynaya minatəmizləmə avadanlıqları da veriləcək.

Qeyd edək ki, hazırda İrlandiya tərəfi Ukraynaya dəstəyin digər yollarını da nəzərdən keçirir.

Töhfə Səməd

tag: Ukrayna, İrlandiya ,Hərbi Yardım, Kiyev, Zelenski, Müqavilə, todaypress.az,