İrəvanın BRICS-ə qoşulma ehtimalı şərh edildi

Dünya

19.10.2024 14:21

2834

“İrəvanın və Bakının gələcəkdə BRICS-ə qoşulması iki ölkə arasında münasibətlərin normallaşması prosesinə müsbət təsir göstərə bilər”. 

TodayPress xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkin “RİA” agentliyinə müsahibəsində deyib. 

O, Ermənistanla bağlı müzakirələrin qaldırılması və İrəvanla Bakı arasında münasibətlərin tənzimlənməsi məsələləri ilə bağlı suallara cavab verib. 

“Məndə belə bir məlumat yoxdur. Yalnız onu əlavə edə bilərəm ki, gələcəkdə Ermənistan və Azərbaycanın BRICS-ə qoşulması dövlətlərarası dialoq sahəsini obyektiv şəkildə artıracaq və bu, münasibətlərin normallaşması prosesinə müsbət təsir edəcək” deyə səfir bildirib.

Töhfə Səməd

tag: İrəvan, Rusiya, BRICS, Azərbaycan,Sergey Kopirkin, todaypress.az,