İrəvandan Kremlə xəbərdarlıq: “Daxili işlərimizə qarışmayın”

Dünya

12.07.2024 16:30

Ermənistan parlamentinin vitse-spikeri Akop Arşakyan Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzinə İrəvanın daxili işlərinə qarışmamaları barədə xəbərdarlıq edib.

TodayPress “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu vitse-spiker jurnalistlərə verdiyi müsahibəsində deyib. 

“Ermənistan və onun təhlükəsizlik sistemi ilə bağlı bütün problemlər hakimiyyət tərəfindən ölkənin maraqlarına uyğun formada həll edilir” deyə Arşakyan sözlərinə davam edib. 

Töhfə Səməd

tag: Ermənistan, Kreml, Təhlükəsizlik,Rusiya, Mixail Qaluzin, todaypress.az,