İrəvanda Ermənistan-Aİ əməkdaşlığı müzakirə olunur
Dünya
05.11.2024 13:20
Avropa İttifaqının nümayəndə heyəti Ermənistanla viza rejiminin liberallaşdırılması üzrə danışıqlar proqramını hazırlamaq üçün İrəvana səfər edib.
TodayPress Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə adı çəkilən ölkənin xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan parlamentdə keçirilən büdcə müzakirələri zamanı deyib.
O, artıq nümayəndə heyətinin İrəvanda olduğunu açıqlayıb.
Müavinin sözlərinə görə, Ermənistan-Avropa İttifaqının yeni tərəfdaşlıq gündəliyi layihəsi üzərində işlər tamamlanmaq üzrədir.
tag: Ermənistan, Viza,Avropa İttifaqı,Tərəfdaşlıq, todaypress.az,