İrəvan və Tbilisi dəmir yolu ilə birləşdiriləcək
Ermənistanın paytaxtı İrəvanla Gürcüstanın paytaxtı Tbilisi arasında qatar yolu açılacaq.
TodayPress “News.am”a istinadən xəbər verir ki, sentyabrın 3-dən qatar iki gündən-bir şəhərlər arasında hərəkət etməyə başlayacaq.
Qatar ayın tək günlərində İrəvandan, cüt günlərdə isə Tbilisidən yola düşəcək.
Xatırladaq ki, bu vaxta qədər ölkələr arasında yalnız İrəvan-Batumi-İrəvan qatarı hərəkət edirdi.
Günəş Mərd
tag: Ermənistan, Gürcüstan, Tbilisi,İrəvan, Batumi, todaypress.az,