İraqın şimalında PKK-nın 21 mövqeyi məhv edildi

Dünya

09.09.2024 11:40

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında PKK terror qruplaşmasının 21 mövqeyini məhv edib.

TodayPress xəbər verir ki, bu barədə “TRT HABER” məlumat yayıb.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin havadan endirdiyi zərbələr nəticəsində İraqın şimalında yerləşən Qara, Hakurk, Metina və Kandil bölgələrində terrorçu qruplaşmalarının 21 mövqeyi məhv edilib, çox sayda terrorçu öldürülüb.

tag: PKK, İraq, Terror, Təşkilat,Kəşfiyyat İdarəsi, todaypress.az,