İraqın şimalında daha 8 terrorçu məhv edildi
Dünya
27.11.2024 13:55
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında növbəti əməliyyat keçirib.
TodayPress xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.
Məlumatda qeyd olunub ki, İraqın şimalındakı "Pəncə-Kilid", həmçinin Qara və Metina bölgələrində keçirilən əməliyyat nəticəsində PKK terror təşkilatının 8 üzvü zərərsizləşdirilib.
tag: Türkiyə,Terrorçu,İraq,PKK,Todaypress.az,