İraqın şimalında 5 PKK terrorçusu zərərsizləşdirildi
Dünya
03.12.2024 16:11
Türkiyə Milli Müdafiə Nazirliyi İraqın şimalındakı Metina bölgəsində həyata keçirilən hava əməliyyatı ilə 5 PKK terrorçusunu məhv edib.
TodayPress xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
"Türk Silahlı Qüvvələrimiz PKK-a yuvasına zərbələr endirməyə davam edir. İraqın şimalında həyata keçirilən hava əməliyyatı nəticəsində 5 PKK terrorçusu zərərsizləşdirilib. Metina bölgəsində terroru məhv etmək əzmindəyik" deyə bəyanatda yazılıb.
Töhfə Səməd
tag: Türkiyə, PKK, Terror, Hücum, Metina, todaypress.az,