İraqda terrorçulara məxsus xeyli silah-sursat ələ keçirildi
Dünya
05.10.2024 17:45
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yeni əməliyyat keçirib.
TodayPress xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, “Pençe-Yıldırım” əməliyyat bölgəsində keçirilən axtarış tədbirləri nəticəsində terrorçulara məxsus xeyli sayda silah-sursat, o cümlədən maddi sübut ələ keçirilib.
Onların arasında 1 ədəd M-15 avtomatı, 3 ədəd AK-47 avtomatı, 10 ədəd daraq, 5 ədəd əl bombası, 1 ədəd durbin, 2 ədəd radio. 4 ədəd səsyazan, 1 ədəd planşet, 1 ədəd poverbank, yaddaş kartları və müxtəlif sənədlər var.
tag: Türkiyə ,Silah, İraq ,Avtomat ,Əl Bombası ,todaypress.az,