İraqda sursat anbarı partladı
İraqda fəaliyyət göstərən İrana bağlı “Həşd əş-Şabi” silahlı qruplaşmasının silah və sursat anbarında partlayış olub.
TodayPress xəbər verir ki, bu barədə ərəbdilli media məlumat yayıb.
Partlayışın “Həşd əş-Şabi”nin 42-ci briqadasının bazasında meydana gəldiyi bildirilib.
Silahlı qruplaşma partlayış barədə məlumatı təsdiqləsə də, insan itkisi haqda açıqlama verməyib.(axar.az)
tag: Partlayış, Sursat,Həşd əş-Şabi,İraq, todaypress.az,