İraqda 37 ildən sonra ilk

Dünya

25.11.2024 18:45

İraqda son 37 ildə ilk dəfə əhali siyahıya alınıb.

TodayPress xarici mediaya istinadən xəbər verir ki, məlumatlara görə, hazırda ölkə əhalisinin sayı 45,4 milyon nəfərdir. 

Əhalinin 50,1 faizi kişilər, 49,8 faizi qadınlardır. 

Qeyd edək ki, İraqda 1987-ci ildən bəri ilk ümumi siyahıyaalma noyabrın 20-də keçirilib. Həmin ilin siyahıyaalınmasına görə, İraqın 16,3 milyon əhalisi olub. 

Günəş Mərd

tag: İraq, Əhali, Siyahı, todaypress.az,