İraq və Suriyanın şimalında PKK-nın 13 yaraqlısı məhv edildi

Dünya

02.07.2024 12:56

İraqın şimalında 10, Suriyanın şimalında isə 3 terrorçu zərərsizləşdirilib. 

TodayPress xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb. 

Qeyd olunub ki, İraqın şimalındakı Pəncə və Pəncə-Kilid əməliyyatlarında 10 PKK terrorçusu, Suriyanın şimalında və Zeytun budağı bölgələrində isə 3 PKK/YPG yaraqlısı Türk Silahlı Qüvvələri tərəfindən məhv edilib.

“Terrorçuların yuvalarını məhv etməyə davam edirik” deyə nazirliyin açıqlamasında bildirilib.

Töhvə Səmədova

tag: İraq, Suriya, Türk Slahlı Qüvvələr, Terrorçu, Zeytun Budağı, todaypress.az,