İraq və Suriyanın şimalında 73 terrorçu məhv edildi
Dünya
15.08.2024 14:13
İraq və Suriyanın şimalı da daxil olmaqla, bir sıra ərazilərdə son həftə ərzində həyata keçirilən əməliyyatlar zamanı 73 terrorçu məhv edilib.
TodayPress xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr üzrə müşaviri Zeki Aktürk mətbuat konfransında deyib.
O, bildirib ki, Türkiyə Silahlı Qüvvələri müdafiə və təhlükəsizlik strategiyası çərçivəsində hər cür risk və təhlükəyə qarşı mübarizəni davam etdirir.
tag: İraq, Suriya, Türkiyə, Terror, Təhlükəsizlik, todaypress.az,