İraq və Suriyada altı terrorçu məhv edildi

Dünya

30.09.2024 13:35

Türkiyə Silahlı Qüvvələri İraq və Suriyanın şimalında keçirilən antiterror əməliyyatı nəticəsində PKK terror qruplaşmasının altı silahlısını məhv edib.

TodayPress xəbər verir ki, məlumatı Türkiyə Milli Müdafiə Nazirliyi yayıb.

Məlumata görə, İraqın şimalında Gara bölgəsində dörd, Suriyanın şimalında “Fırat Kalkanı” antiterror əməliyyat ərazisində isə iki PKK terrorçusu zərərsizləşdirilib.

tag: Türkiyə ,İraq ,Suriya ,Silah ,Gara ,PKK, todaypress.az,