İraq, Türkiyə və İran öz sərhədlərində yeni üsullar tətbiq edirlər

Dünya

25.06.2024 08:00

İraq Daxili İşlər Nazirliyi İran və Türkiyə sərhədlərinin təhlükəsizliyini daha yaxşı təmin etmək üçün 8 mərhələdən ibarət fəaliyyət planları və üsulları tətbiq edəcəyini açıqlayıb.

TodayPress xəbər verir ki, İraq Daxili İşlər Nazirliyinin Sərhəd Qüvvələri komandanı Məhəmməd əs-Sidi İraqın rəsmi xəbər agentliyi İNA-ya verdiyi açıqlamada  vəziyyəti yaxşılaşdırmaq üçün Türkiyə ilə 2, İranla isə 6 mərhələdən ibarət plan və üsul təyin etdiklərini söyləyib.

İran və Türkiyə ilə sərhədlərinin təhlükəsizliyinə xüsusi önəm verdiklərini bildirən Siedi, ən uzun sərhədin İranla (1493 kilometr) olduğunu bildirib və İran sərhədindəki Xanaqin rayonu ilə Pencevin qəsəbəsi arasındakı 300 kilometrlik məsafənin təhlükəsizliyini ən yaxşı şəkildə təmin etməyə başladıqlarını əlavə edib.

1980-ci ildən bu bölgədə qadağan olunmuş silahlıların (PKK) olduğunu bildirən Siedi, terror təşkilatının nəzarətindəki ərazini zəiflətməyə çalışdıqlarını vurğulayıb.

Siedi Türkiyə ilə 362 kilometr çətin, dağlıq və sərt sərhədin olduğunu və ilin təxminən yarısının qarla örtüldüyünü bildirib. Tarix boyu İraq və Türkiyə arasında sərhəd məntəqələrinin olmamasının bölgədə bəzi qeyri-qanuni silahlı qruplaşmaların olmasına səbəb olduğuna diqqət çəkən Siedi,"Türkiyə ilə iki mərhələli bir işə başladıq. İlk olaraq ortaq koordinasiya mərkəzi olacaq. Sərhədin təhlükəsizliyini təmin etmək üçün iki tərəf arasında qurulacaq, iki ölkə arasında sərhəd postları inşa ediləcək” deyə bildirib.

İraq sərhədində Türkiyənin təhlükəsizliyini təmin etmək üçün ciddi səy göstərdiklərini əlavə edən Siedi Duhok və Ərbil şəhərlərinin  27 sərhəd postunun inşası üçün göstəriş verildiyini söyləyib.

GÜNEL

tag: İraq, Türkiyə, İran, Sərhədd postu,Ərbil, todaypress.az,