İraq Suriyaya hərbi müdaxilə etməyəcək

Dünya

06.12.2024 19:24

İraq hakimiyyəti Suriyadakı böhranla bağlı bir sıra qərarlar qəbul edib.

TodayPress xəbər verir ki, bu barədə İraq Nümayəndələr Şurasının Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Yasir İskəndər məlumat verib.

"İraq Federal Hökuməti üç strateji qərar qəbul edib: İraq hakimiyyəti Suriyanın işlərinə hərbi müdaxilə etməyəcək, Suriyaya heç bir İraq qüvvələrini göndərməyəcək və İraqdan kənarda heç bir hərbi tədbir görməyəcək" deyə İsgəndər qeyd edib.

Töhfə Səməd

tag: İraq,Suriya,Hərbi,Vəziyyət,Ordu,todaypress.az,