İraq Suriya ilə sərhədi möhkəmləndirmək üçün tank bölmələri göndərir
Dünya
04.12.2024 03:11
İraq Suriya ilə sərhədi möhkəmləndirmək üçün tank bölmələri
göndərir.
TodayPress xəbər verir ki, bu barədə
İraqın “İNA” xəbər agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, sərhədin möhkəmləndirilməsi
tədbirlərindən biri kimi bölgəyə zirehli birləşmələr göndərilib.
Bildirilib ki, nizami ordu hissələri birbaşa sərhəddə
yerləşən sərhəd qoşunlarını əhatə edən xətt üzrə yerləşdirilib.
Noyabrın 30-da ölkənin hərbi komandanlığı bəyan edib
ki, silahlı qüvvələr Hələb şəhərinin bir çox məhəllələrinə soxulmuş
terrorçuların mövqelərinə zərbələr endirir.
Suriya Müdafiə Nazirliyinin məlumatına görə, silahlı
qüvvələr dinc əhalinin və hərbçilərin həyatını qorumaq və əks-hücuma
hazırlaşmaq üçün yenidən qruplaşmalı olub.
Aynur TAC
tag: Suriya, Dəməşq, Silahlı, Komandanlıq,Hücum, todaypress.az,