İraq BMT-yə etiraz etdi

Dünya

28.10.2024 13:40

İraq İsrailin İrana zərbə endirmək üçün ölkəsinin hava məkanını pozmasına görə, BMT-nin baş katibi Antonio Quterreş və dünya təşkilatının Təhlükəsizlik Şurasına etiraz notası göndərib.

TodayPress xəbər verir ki, bu barədə İraq Nazirlər Kabinetinin rəhbəri Məhəmməd Sudaninin ofisinin “Telegram” kanalı paylaşım edib. 

Dərc olunan sənəddə deyilir: 

“Oktyabrın 26-da İsrailin İraqın hava sərhədlərini kobud şəkildə pozması və İrana zərbələr endirmək üçün ölkənin hava məkanından istifadə etməsi ilə əlaqədar Baş Katibə və BMT Təhlükəsizlik Şurasına rəsmi etiraz notası göndərib”. 

Baş nazir həmçinin Xarici İşlər Nazirliyinə İraqın suverenliyinin pozulmasını müzakirə etmək üçün ABŞ ilə əlaqə saxlamağı tapşırıb.

Töhfə Səməd

tag: İraq, BMT,ABŞ,XİN, todaypress.az,