İraq ABŞ-dən qoşunların çıxarılmasını tələb etdi
Dünya
23.07.2024 15:45
İraq ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq hərbi koalisiyanın qoşunlarını sentyabrda ölkədən çıxarmağa başlamasını və 2025-ci ilin sentyabrına qədər İraq torpaqlarındakı fəaliyyətini rəsmən dayandırmasını istəyir.
TodayPress xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Qeyd olunub ki, bu həftə Vaşinqtonda təhlükəsizlik sammitində İraqın mövqeyi ABŞ rəsmiləri ilə müzakirə olunacaq. Lakin koalisiyanın ləğvi ilə bağlı hələki rəsmi razılaşmanın olmadığ bildirilib.
Qeyd edək ki, 80 dövlətdən ibarət koalisiyada 2500 hərbçi var. Onlar əsasən üç əsas bazada - Bağdad, Qərbi Ənbar vilayəti və Şimali Kürdüstanda yerləşdirilib.
Günəş Mərd
tag: İraq, ABŞ, Vaşinqton, Qərbi Ənbar, Qoşunlar, todaypress.az,