İranlılar Suriyaya ayrılan milyardlara görə hökumətdən narazıdırlar

Dünya

14.12.2024 09:41

1255

İranlılar Suriyaya ayrılan və Bəşər Əsədin hakimiyyətinin devrilməsindən sonra həmişəlik itirilən milyardlarla dollara görə hökumətdən narazıdırlar.

TodayPress xəbər verir ki, bu barədə “ New York Times” sosial şəbəkələrə və İran mediasına istinadən məlumat yayıb.

İranın keçmiş deputatı Heşmətullah Fəlahətpişeh nəşrə deyib: 

“Hətta Suriyada hökumət üçün döyüşən və ya vətəndaş müharibəsində ailə üzvlərini itirənlərin bəziləri buna dəyərmi deyə düşünürlər”.

Bununla bağlı olaraq televiziya tok-şoularında, sosial şəbəkələrdə, həmçinin qəzet başlıqlarında İran hakimiyyəti tənqid olunur.Eyni zamanda qəzetin yazdığına görə, İsrail İranın nüvə obyektlərinə mümkün hücumlara hazırlaşmağa başlayıb.

Bu cür hücumları həyata keçirmək şansı İsrail ordusunun Suriyada uğurlu əməliyyatlarından sonra yaranıb və hərbçilər hazırda Tehrana qarşı hərəkət variantlarını müzakirə edirlər. 

Günəş Mərd

tag: Suriya, Tehran ,Narazı ,Miyardlar ,todaypress.az,