İranlı zəvvarlar səsvermədə iştirak etməyəcək – ƏR-RİYADDAN QADAĞA
Dünya
26.06.2024 17:34
Səudiyyə Ərəbistanı hökuməti Məkkə və Mədinədə olan iranlı zəvvarların İranda keçiriləcək prezident seçkilərində səsverməsinə qarşı çıxıb.
TodayPress xəbər verir ki, İran mediasında yer alan xəbərə görə, bu hesabla Səudiyyə Ərəbistanında olan 50 minə yaxın iranlı zəvvar prezidentliyə namizədlərə səs verə bilməyəcək.
Yerigəlmişkən, bir müddət öncə İranın Seçki Qərargahının mətbuat katibi bildirmişdir ki, seçki günü çox sayda İran vətəndaşı Həcc ziyarətində olacaq və hökumət iranlı zəvvarlardan səs toplamaq üçün lazımi addımlar atıb.
Qeyd edək ki, bundan öncə Kanada hökuməti də analoji bəyanatla çıxış edib. Rəsmi Ottova ölkəsində səsvermə məntəqələrinin yaradılmasına icazə verməyəcəyini bildirib.
Günəş Mərd
tag: Səudiyyə Ərəbistan, Məkkə, Mədinə, İran, Zəvvarlar, todaypress.az,