İranlı reper barəsində çıxan ölüm hökmü ləğv olundu
Dünya
22.06.2024 21:00
İranlı rep ifaçısı Tumac Salihi barəsində çıxarılan ölüm hökmü Ali Məhkəmə tərəfindən ləğv edilib.
TodayPress xəbər verir ki, Salehi İranda 2022-ci ilin sentyabrında başlayan və təxminən 4 aya yaxın davam edən etiraz aksiyalarını təşkil etməkdə günahlandırılaraq edam cəzasına məhkum edilib.
Tumac Salihinin vəkili Əmir Reisiyan "X" sosial media hesabından paylaşdığı açıqlamada müvəkkilinə İsfahan İnqilab Məhkəməsinin verdiyi edam hökmünün Ali Apellyasiya Məhkəməsinin 39-cu Palatası tərəfindən ləğv edildiyini bildirib.
İşə yenidən baxılacağını bildirən Reisiyan, "Gözlənildiyi kimi, Ali Məhkəmə düzəlməz bir məhkəmə səhvindən geri çəkildi" deyə bildirib.
İranın məhkəmə orqanları hələlik məsələ ilə bağlı açıqlama verməyib.
GÜNEL
tag: İran, Tumac Salehi, Reper, Ali Məhkəmə, todaypress.az,