İranlı rejissor həbsxanada öldürüldü

Dünya

12.06.2024 13:30

Həbs edilən iranlı tənqidçi, rejissor Bahara Lalehi Hacı Delai İranda həbsxanada öldürülüb.

TodayPress xəbər verir ki, bu barədə “İran İnternational” kanalı məlumat yayıb.

Məlumata görə, sonuncu dəfə bu ilin fevralında həbs edilən qadın rejissor ilə ailəsinin əlaqəsi kəsilib, onun harada olması ilə bağlı heç bir açıqlama verilməyib. 

Bir neçə gün öncə 40 yaşlı rejissorun ailəsi təhlükəsizlik qüvvələrinə yaxın şəxslərə 15 milyon tümən (355 $) rüşvət verdikdən sonra onun gizli şəkildə basdırıldığı yeri tapa biliblər.

Qeyd olunub ki, hökumət qüvvələri Bahara Lalehi Hacı Delainin ailəsini məsələni ictimailəşdirilməmək və mərhuma yas mərasimi keçirməmək üçün təhdid ediblər. Kərəcin ailəsinin xəbəri olmadan “Beheşt-e Səkinə” qəbiristanlığında dəfn edilib. 

Günəş Mərd

tag: İran, Rejissor, Həbsxana, Qətl,Bahara Lalehi Hacı Delai,todaypress.az,

photo