İranlı hakerlər Trampın kampaniyası ilə bağlı gizli məlumatları ifşa etdi

Dünya

19.09.2024 09:40

İranlı hakerlər ABŞ prezidentliyinə namizəd Donald Trampın seçki qərargahından oğurlanmış sənədləri Cozef Baydenlə əlaqəli şəxslərə göndəriblər. 

TodayPress xəbər verir ki, bu barədə FTX, Milli Kəşfiyyat və Kibertəhlükəsizlik və İnfrastrukturun Mühafizəsi Agentliyi İranın ABŞ seçkilərinə təsir cəhdləri ilə bağlı birgə bəyanatda bildiriblər. 

“İyunun sonu və iyulun əvvəlində iranlı hakerlər Baydenin kampaniyası ilə əlaqəli şəxslərə Trampın kampaniyasından oğurlanmış elektron məktublar göndəriblər” deyə məlumatda bildirilir.

Bundan əlavə, İrandan olan hakerlər həmin materialları Amerika mediasına da göndərməyə çalışıblar.

Onlar həmçinin əlavə ediblər ki, xarici aktorlar, o cümlədən Rusiya, İran və Çin noyabrda ABŞ-də keçiriləcək prezident seçkilərinə təsir göstərmək üçün səylərini artırırlar. Bu ölkələr öz maraqları naminə Amerika cəmiyyətindəki parçalanmaları hansısa şəkildə gücləndirməyə çalışır və seçki dövrünü zəif an kimi görürlər.

Töhfə Səməd

tag: İran ,Hakkerlər, Bayden, Tramp, ABŞ, todaypress.az,