İranlı generalın ölüm xəbəri təkzib olundu

Dünya

21.09.2024 04:45

İran İsrailin Beyruta hücumu nəticəsində SEPAH generalının həlak olması ilə bağlı xəbərləri təkzib edib.

TodayPress xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb. 

"KİV-də İsrailin Beyruta endirdiyi hava hücumu nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” qüvvələrinin komandirinin müavini Məhəmməd Rza Fəllahzadənin həlak olması ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil"  deyə məlumatda qeyd olunur

tag: İran, General, Ölüm, SEPAH,todaypress.az,