İranlı general hərbi müşavirin Beyrutda öldüyünü təsdiqlədi

Dünya

01.08.2024 14:32

İslam İnqilabi Keşikçiləri Korpusunun komandanı general-leytenant Hüseyn Salami İsrailin Beyruta 30 iyul hava hücumu zamanı iranlı hərbi müşavir Milad Beydinin həlak olduğu xəbərini təsdiqləyib.

TodayPress xəbər verir ki, Hüseyn Salami hərbi müşavirin ailəsinə başsağlığı verib.

Xatırladaq ki, İsrail iyulun 30-da Beyruta zərbə endirdiyi barədə məlumat yayıb və sonra dəqiq əməliyyat nəticəsində "Hizbullah"ın lideri Həsən Nəsrullanın "sağ əli" sayılan Fuad Şükürün məhv edildiyini təsdiqləyib. Şükürlə birlikdə həlak olanlar arasında iranlı hərbi müşavir Milad Beyd də olub.

tag: İslam, İsrail, Hizbullah, İran, Hüseyn Salami, todaypress.az,