İranlı deputatlar TŞ-yə müraciət etdilər
İran parlamentinin 39 nəfərdən ibarət qrupu İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasına rəsmi məktub göndərib.
TodayPress “TASS”a istinadən xəbər verir ki, onlar müraciətdə milli müdafiə doktrinasına yenidən baxılmasını xahiş ediblər.
Onlar, həmçinin nüvə silahının hazırlanmasına icazə verilməsini təklif ediblər.
Müraciətin təşəbbüskarı, deputat Həsənəli Exlaki Əmiridir.
Günəş Mərd
tag: İran ,Parlament,Həsənəli Exlaki Əmiri ,Müraciət ,todaypress.az,