İranın yeni seçilmiş prezidenti Pezeşkianın andiçmə mərasiminin tarixi məlum oldu

Dünya

24.07.2024 03:00

İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkian İslam Respublikasının doqquzuncu prezidenti kimi iyulun 30-da parlament qarşısında and içəcək.

TodayPress “İRNA” xəbər agentliyinə istinadən xəbər verir ki, ən azı dörd prezident və 12 parlament sədrinin qatılacağı andiçmə mərasiminin gələn çərşənbə axşamı yerli vaxtla saat 4-də keçirilməsi planlaşdırılır.

İran Parlamentinin üzvü Moctaba Yusifi “İRNA”-ya bildirib ki, mərasimdə yüksək səviyyəli İran rəsmiləri ilə yanaşı, dünyanın müxtəlif ölkələrindən bəzi xarici qonaqlar da iştirak edəcəklər.

Məlumata görə, indiyədək 60 müxtəlif ölkənin rəsmiləri seçilmiş prezident Pezeşkianın andiçmə mərasimində iştirak etməyə hazır olduqlarını bəyan ediblər.

Nəzrin Cavadzadə

tag: İran, Andiçmə, Pezeşkian, Prezident, todaypress.az,