İranın xarici işlər naziri türkiyəli həmkarı ilə müzakirə apardı

Dünya

25.03.2025 04:00

2766

İranın xarici işlər naziri Abbas Əraqçi ilə türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı olub.

TodayPress xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb.

Danışıq zamanı İsrailin Qəzzaya və Livana hücumları, ABŞ-nin Yəmənə endirdiyi zərbələr müzakirə olunub.

Diplomatlar həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə də danışıblar.

 

tag: İran, XİN, Abbas Əraqçi, Hakan Fifan, Türkiyə, todaypress.az,