İranın şimalında zəlzələ oldu
Dünya
13.12.2024 23:44
İranın şimalındakı Mazandaran əyalətində
4,6 maqnitudalı zəlzələ olub.
TodayPress xəbər verir ki, bu barədə
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Mərkəzin məlumatına görə, yeraltı təkanlar yerli vaxtla
saat 21:58-də (Bakı vaxtı ilə 22:28) təxminən 255 min əhalisi olan regionun
paytaxtı Sari şəhərindən 15 kilometr məsafədə Xəzər dənizinin cənub sahilində
qeydə alınıb.
Zəlzələnin ocağı 35 kilometr dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil
olmayıb.
tag: İran, Mazandaran, Zəlzələ, Bakı, Xəsarət, Avropa-Aralıq, todaypress.az,