İranın müvəqqəti işlər vəkili Ukrayna XİN-ə çağırıldı
Dünya
09.09.2024 22:20
Ukrayna Xarici İşlər Nazirliyi İranın müvəqqəti
işlər vəkili Şəhryar Amuzeqarı Rusiyaya raket tədarükü ilə bağlı xəbərlərə görə geri
çağırıb.
TodayPress xəbər verir ki,
bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata
görə, Ukrayna XİN İranın Rusiyays ballistik raketlər göndərməsi ilə bağlı
xəbərlərdən narahatlığını ifadə edib. Həmçinin, bu, Ukrayna və İran arasında
münasibətlər üçün dağıdıcı və düzəlməz nəticələrə səbəb olacağını vurğulayıb.
Sentyabrın 9-da İran Xarici İşlər
Nazirliyi Amerika mətbuatının Ukraynada istifadə üçün Rusiyaya raket
ötürülməsi ilə bağlı yayılan xəbərləri təkzib edib. Departamentin rəsmi
nümayəndəsi Nasser Kanaani bu məlumatı əsassız adlandırıb. O, belə mesajların
konkret siyasi məqsədlər daşıdığını bildirib.
Aynur TAC
tag: Ukrayna, Rusiya, İran, Amerika,todaypress.az,